21 Oktyabr 2018, 15:37
FUTBOL
İtaliyanın "Roma" klubunda baş məşqçi istefası gerçəkləşə bilər. Matç.az saytı xəbər verir ki, paytaxt təmsilçisi Eusebio di Françesko ilə yollarını ayırmağa hazırlaşır.
Hətta bu istefa dünən gerçəkləşməli idi. A seriyasının IX turunda "Spal"a 0:2 hesablı məğlubiyyətdən sonra klubun prezidenti Ceyms Pallotta qəzəbindən baş məşqçini qovmaq qərarına gəlib.
Lakin onun köməkçisi Franko Baldini onu sakitləşdirə bilib. Qərara alınıb ki, mütəxəssisə 4 oyunuq vaxt verilsin.
çempionlar Liqasının Rusiya MOİK-i ilə iki qarşılaşması, həmçinin "Napoli" və "Fiorentina" ilə matçlar di Françesko üçün həlledici xarakter daşıyacaq.