Topaz Premyer Liqasının XXVII turunun "Keşlə"– "Zirə" görüşünün saatı dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, "Keşlə" bununla bağlı quruma məktub ünvanlayıb. Paytaxt təmsilçisi oyunun keçiriləcəyi stadionda işıqlandırma sistemində baş verə biləcək nasazıqlar səbəbindən görüşün başlama saatının 20:00-dan 17:00-a keçirilməsini xahiş edib.

Bütün bunları və "Zirə" tərəfinin razılığını rəhbər tutan PFL mayın 5-dəki qarşılaşmanın başlama vaxtının 20:00-dan 17:00-a keçirilməsinə qərar verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest