Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi müəyyənləşib. Matc.az xəbər verir ki, 77 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmalar buna aydınlıq gətirib.

Süleymanov bürünc mükafat uğrunda dueldə Qırğızıstandan olan Akjol Mahmudovla görüşəcək. Mahmudov təsəlliverici görüşdə Jair Kueroya (Kolumbiya) 11:0 hesabı ilə qalib gəlib. Medal görüşləri bu gün axşam saatlarında reallaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest