07 Avqust 2024, 20:54
FUTBOL
Rusiya Premyer Liqasında çıxış edən “Krılya Sovetov” Azərbaycan əsilli forvard Ülvi Babayevi heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
20 yaşlı hücumçu “Dinamo Moskva-2”nin oyunçusudur və o, cari mövsümün sonuna kimi Samara komandasına icarə əsasında qoşulub. Futbolçu 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Babayev “Dinamo” Akademiyasının yetirməsidir və 2021-ci ilin sentyabrında ikinci komandada debüt edib. O, Rusiyanın gənclərdən ibarət yığmalarına da çağırılıb.