"Bu turnirdə böyük hədəflərimiz var. Oyuna ciddi şəkildə motivasiya olunmuşuq. Bu, yarımfinal mərhələsidi və burda asan heç nə olmur. Hələ mövsümün əvvəlində başa düşürdük ki, Premyer Liqada ilk "4-lüy"ə düşmək çətin olacaq".

"Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqası ilə bağlı hədəflərindən bəhs edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis yarımfinalda üz-üzə gələcəkləri "Valensiya"nı məğlub etmək və mayın 29-da Bakı Olimpiya Stadionunda final oynamaq arzusunda olduqlarını söyləyib.

Emeri bununla çempionlar Liqasına vəsiqə qazanmaq niyyətində olduqlarını gizlətməyib: "Bu turnirdə böyük hədəflərimiz var. Oyuna ciddi şəkildə motivasiya olunmuşuq. Bu, yarımfinal mərhələsidi və burda asan heç nə olmur. Hələ mövsümün əvvəlində başa düşürdük ki, Premyer Liqada ilk "4-lüy"ə düşmək çətin olacaq. Bu yer uğrunda mübarizəmizi davam etdirəcəyik. Ancaq turnir cədvəlinə baxmayacağıq. Avropa Liqasını qazanmaq isə əsas hədəfimizdi. Arzumuz finalda oynamaq və qalib gəlməkdi".

Qeyd edək ki, "Arsenal"la "Valensiya" arasında ilk oyun bu gün keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest