Topaz Premyer Liqasında 2018-19 mövsümünün çempionu müəyyənləşib. Matc.az saytının məlumatına görə, qızıl medalların sahibi XXVII turda bəlli olub.

Hesabat turunda "Səbail"i qəbul edən "köhlən atlar" 4:0 hesablı qələbə qazanaraq, son tur öncəsi ən yaxın izləyicisi "Neftçi" üçün əlçatmaz olub. 5 xallıq fərqi qoruyan Qurban Qurbanovun yetirmələri məhz "Neftçi" ilə son tur matçını formallığa çevirib.

Bununla Ağdam təmsilçisi ardıcıl 6-cı, ümumilikdə isə 7-ci çempionluğunu qazanıb. Komanda Qurban Qurbanovun rəhbərliyi altında artıq 6-cı ildi ki, (2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19) qızıl medalları heç kimə vermir. "Qarabağ" ilk çempionluğuna isə 1994-cü ildə qovuşub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest