"Şəki" basketbol klubu heyətini ABŞ-li oyunçu ilə gücləndirib.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsüm Albaniyada çempion olmuş Aleks Koldvell əyalət təmsilçisinin uğurları üçün çalışacaq.

24 yaşlı oyun qurucu son olaraq "Beselidya" kollektivində çıxış edib.

Qeyd edək ki, "Şəki" ABŞ-li basketbolçulardan Kris Barton, Karl Conzu, yerli oyunçu statusunda olanlardan Ərcan Donat və Əbdülmətin Quliyevi sıralarına cəlb edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest