"Fənərbağça"nın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Semih Şəntürk postunu tərk edib. Matc.az xəbər verir ki, bu barədə keçmiş hücumçunun özü sosial şəbəkə hesabında məlumat yayıb.

Şəntürk 2023-cü ildən İstanbul təmsilçisinin U-19 komandasını çalışdırırdı.

Qeyd edək ki, Semih 2001-2013-cü illərdə "Fənərbağça"da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest