Elxan Məmmədov yeni vəzifəsinin icrasına noyabrın 1-dən başlayacaq.

AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov FİFA-da yeni vəzifəyə təyin edilib. Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bunadək FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru olan Elxan Məmmədov qurumda Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib. O, yeni vəzifəsinin icrasına noyabrın 1-dən başlayacaq.

Elxan Məmmədovun müavini isə İsveçrə yığmasının sabiq futbolçusu Jelson Fernandeş olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest