"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Tottenhem" İngiltərə Kubokunda 3-cü tur oyununu keçirib. Matc.az xəbər verir ki, londonlular "Koventri"nin qonağı olublar.

Qarşılaşma “Tottenhem”in 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu qalibiyyət sayəsində “Qarabağ”ın rəqibi növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, "Qarabağ" "Tottenhem"lə sentyabrın 26-da Londonda üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest