“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Fermin Lopesin zədəsi haqda danışıb. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis buna görə özünü günahlandırıb.

Onun fikrincə, 21 yaşlı orta sahə oyunçusu çox yüklənib: “Ferminin zədələnməsinə görə özümü günahkar hiss edirəm. Yayda iki turnirdə çıxış etdi. Mən İspaniyanın U-21 komandasının baş məşqçisi ilə danışmalıydım, amma danışmadım. Çünki “Barselona” ilə yenicə müqavilə imzaladığımı düşünürdüm”.

Qeyd edək ki, Fermin Lopes son oyununu avqustun 31-də La Liqanın IV turu çərçivəsində “Valyadolid”ə (7:0) qarşı keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest