"İqor Rodriqesin azarkeşlər tərəfindən necə sevilməsindən xəbərdaram. Bunu qarşılanmağımdan hiss etdim".

“Burada olduğum üçün çox xoşbəxtəm. Bir az həyəcanım var. Var gücümü ortaya qoyub komandama kömək etmək istəyirəm. Qarşıdakı oyunlarda bacarığımı göstərmək üçün çox çalışacağam”. Matc.az xəbər verir ki, bu sözləri “Kəpəz”in yeni transferi Dioqo Verdaska deyib.

Portuqaliyalı futbolçu Gəncə klubuna keçidi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib. Müdafiəçi azarkeşlərin sevimlisi olmaq istədiyini deyib: “Azərbaycanda bir çox portuqaliyalı futbolçunun çıxış etməsindən xəbərdaram. “Kəpəz”də də həmyerlilərim oynayır. Ötən mövsüm Gəncə klubunda forma geyinən İqor Rodriqesin azarkeşlər tərəfindən necə sevilməsindən xəbərdaram. Bunu qarşılanmağımdan hiss etdim. Mən və indiki komanda yoldaşlarım da bu sevgini qazanmaq istəyirik. Bunun üçün də dayanmadan məşq edəcəyik. Portuqaliyalıların “Kəpəz”də özünü ən yaxşı tərəfdən göstərməsi mənim üçün qürurvericidi”.

Verdaska Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş haqda da fikir bildirib: “Santuş da portuqaliyalıdı. Onun burada olması xoşdu. Təcrübəli mütəxəssisdi, Azərbaycan yığmasına köməyi dəyə bilər”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest