Ukraynalı futbolçu Mixail Mudrik bu mövsüm “Çelsi”ni tərk edə bilər. Matc.az xəbər verir ki, İngiltərə klubu qış “transfer pəncərəsi”ndə ondan qurtarmaq niyyətindədi.

23 yaşlı hücumameyilli futbolçu özü də daha çox oyun vaxtı əldə etmək istəyir. Londonlular Mudriki icarəyə vermək yox, birdəfəlik satmaq barədə düşünür.

Qeyd edək ki, Mixail Mudrik ötən ilin əvvəlində 70 milyon avroya Donetsk “Şaxtyor”undan “Çelsi”yə keçib. O, bu mövsüm londonluların heyətində 4 oyunda 1 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest