“Mançester Siti” Çempionlar Liqasının ilk turunda evdə “İnter”lə qolsuz bərabərə qalıb – 0:0. Matc.az xəbər verir ki, bununla “şəhərlilər” uğurlu seriyanı davam etdirib.

Belə ki, İngiltərə çempionu Çempionlar Liqasında məğlubiyyətsizlik seriyasını 24 matça çatdırıb. Pep Qvardiolanın yetirmələri “Mançester Yunayted”in rekordunu qırmağa yaxındı. “Qırmızı şeytanlar”ın rekordu 25 görüşdü (2007-2009).

Qeyd edək ki, “Mançester Siti” növbəti oyununu oktyabrın 1-də səfərdə “Slovan”a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest