Almaniya millisinin və “Bayer”inin müdafiəçisi Conatan Ta karyerasını “Bavariya”da davam etdirməyə yaxındı. Matc.az xəbər verir ki, Münhen klubu 28 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib.

Ta “Bavariya” rəhbərliyinin ildə 9 milyon avro məvacib təklifinə “hə” deyib. Keçid baş tutacağı təqdirdə, alman futbolçu yeni klubunda əlavə olaraq 3 milyon bonus alacaq. Tanın razılığını alan “Bavariya” hazırda Leverkuzen təmsilçisi ilə danışıq aparır.

Qeyd edək ki, Conatan Tanın “Bayer”lə 2025-ci ilin yayınadək müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest