“Arsenal” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, London klubunun futbolçusu Martin Edeqor ciddi zədə alıb.

Edeqor Norveç yığmasının heyətində Millətlər Liqasının oyunu zamanı zədələnib. Tibbi müayinədən sonra 25 yaşlı futbolçunun topuq bağlarından zədə aldığı müəyyənləşib. Həkimlər Edeqorun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağını istisna etməyiblər.

Qeyd edək ki, 2021-ci ildən "Arsenal"ın formasını geyinən Edeqor “topçular”ın heyətində cari mövsümdə 3 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest