03 Oktyabr 2024, 22:12
FUTBOL
"Barselona" hücumameyilli yarımmüdafiəçi Frenkie de Yonqun 2025/2026 mövsümünün sonunda başa çatacaq müqaviləsini bu ilin sonuna qədər uzatmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Bildirilir ki, niderlandlı futbolçu bir il əvvəl müqaviləsinin uzadılması təklifini alıb, lakin hazırda müvafiq danışıqlar dalana dirənib və futbolçu Kataloniya klubundakı gələcəyi ilə bağlı cavab verməyib.
Bununla belə, "Barselona" hesab edir ki, klub 2019-cu ildən onun heyətində çıxış edən de Yonqu komandada saxlamaq üçün bütün lazımi imkanlara malikdir.