"Barselona"nın sabiq hücumçusu Serxio Aquero 3 milyon avro maaşı ödəmədiyi üçün Kataloniya klubunu məhkəməyə verib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

Bildirilir ki, Kataloniya klubu Aqueroya müqaviləsinin ilk ilinin maaşını sığorta ilə ödəyəcəyini bildirib. Lakin sığorta şirkəti futbolçunun uşaqlıqdan ürəyində problem olduğunu əsas gətirərək ona pul ödəməkdən imtina edib. İndi Aquero "Barselona"nın vəd etdiyi 3 milyon avronu tələb edir.

Xatırladaq ki, argentinalı futbolçu Kataloniya klubunda 2021-ci ilin yayında qoşulsa da, "Barselona" ilə müqaviləsini başa vurmadan həmin ilin dekabrında ürək xəstəliyi səbəbindən karyerasını bitirmək məcburiyyətində qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest