09 Oktyabr 2024, 20:31
FUTBOL
Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb.
Matc.az xəbər verir ki, 1/8 finalda Portuqaliya ilə qarşılaşan Sahib Məmmədovun baş məşqçisi olduğu komanda 5:13 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz yer aldığı A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub.