10 Oktyabr 2024, 09:20
FUTBOL
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
O, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan - İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.