15 Oktyabr 2024, 23:08
FUTBOL
PSJ, "Çelsi" və "Bavariya"nın sabiq baş məşqçisi Tomas Tuxel İngiltərə millisinə rəhbərlik etməyə razılaşıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Times" paylaşıb.
Bildirilir ki, alman mütəxəssislə İngiltərə Futbol Assosiasiyası müqavilənin şərtləri ilə bağlı razılığa gəlib. Tuçelin baş məşqçisi kimi rəsmi təqdimatı bu həftə baş tutmalıdır.
Xatırladaq ki, 51 yaşlı mütəxəssisin son iş yeri 2023-cü ilin martından 2024-cü ilin iyununa kimi rəhbərlik etdiyi "Bavariya" olub. Bundan əvvəl Tuxel 2020/2021 mövsümündə Çempionlar Liqasının qalibi olduğu "Çelsi"ni çalışdırıb.