UEFA "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb. Buna səbəb portuqaliyalı mütəxəssisin Avropa Liqasının Liqa mərhələsinin III turunda "Mançester Yunayted"lə oyunda qırmızı vərəqə almasıdır.

UEFA "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Matc.az xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssisin Avropa Liqasının Liqa mərhələsinin III turunda "Mançester Yunayted"lə oyunda qırmızı vərəqə almasıdır. 

UEFA İntizam Komitəsi Mourinyoya 1 oyunluq cəza verib. O, Liqa mərhələsinin IV turunda "AZ Alkmaar" ilə oyunda komandasının yanında ola bilməyəcək. 

Bundan əlavə, UEFA "Fənərbaxça"nı 29 in avro cərimələyib. Buna səbəb isə "Mançester Yunayted"lə matçda azarkeşlərin meydana yad əşyalar atması və görüşün gec başlamasıdır. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest