"Çətin olacaq, ancaq biz də dəyərimizi bilirik. Rəqiblə mübarizə aparmaq gücündəyik. Komandamız güclü rəqiblə matça 100 faiz hazır olacaq".

"Arsenal" bizimlə müqayisədə daha böyük klubdu. Təbii ki, onlar bizimlə cütlüyün favoritidilər". Matç.az saytının məlumatına görə, bunu "Sportinq"in baş məşqçisi Joze Peseyro deyib.

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan Portuqaliya təmsilçisi oktyabrın 25-də "Arsenal"ı qəbul edəcək. Oyunöncəsi UEFA-nın rəsmi saytına açıqlama verən Peseyro qələbəni hədəflədiklərini bildirib: "çətin olacaq, ancaq biz də dəyərimizi bilirik. Rəqiblə mübarizə aparmaq gücündəyik. Komandamız güclü rəqiblə matça 100 faiz hazır olacaq. Strategiyanı düzgün qurmalıyıq. çünki hədəfimiz qrup birincisi olmaqdı. Xüsusən də, onlarla ev matçında qələbə qazanmalıyıq. Bunu bacarsaq, növbəti mərhələyə daha da yaxınlaşacağıq".

Qeyd edək ki, 2 turdan sonra "Sportinq"lə "Arsenal" hərəyə 6 xalla turnir cədvəlinə şərikli liderlik edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest