12 Noyabr 2024, 10:56
FUTBOL
“Çelsi”nin və İngiltərə millisinin sabiq futbolçusu Frenk Lempard “Koventri Siti”nin baş məşqçisi olmağa yaxındı. Matc.az xəbər verir ki, hazırda tərəflər danışıqlar aparır.
Çempionşip təmsilçisində baş məşqçi postu 8 il komandada çalışan Mark Robinsin gedişindən sonra boş qalıb. Komanda hazırda turnir cədvəlinin 17-ci pilləsindədi. Rəhbərlik Lempardın onları bu durumdan çıxaracağına inanır.
Qeyd edək ki, Frenk Lempard 2023-cü ilin aprelindən iyun ayına kimi müvəqqəti çalışdığı “Çelsi”dən ayrıldıqdan sonra işsizdi. 46 yaşlı mütəxəssis daha əvvəl “Everton” və “Derbi Kaunti”də də çalışıb.