İngiltərə Premyer Liqası tarixinin 10 ən zəif hücumçuları müəyyənləşib. Matc.az xəbər verir ki, bununla bağlı “GiveMeSport” nəşri araşdırma aparıb.

Nəticədə ən uğursuz 10 forvard seçilib. Siyahıya “Arsenal” və “Kristal Pelas”ın sabiq üzvü Yaya Sanoqo başçılıq edir. “Sanderlend” və “Hall Siti”də oynamış Cozi Altidor ikinci, “Çelsi”, “Uiqan” və “Blekbern”in şərəfini qorumuş Franko Di Santo üçüncüdü.

Növbəti yerlərdə Jo (“Mançester Siti”, “Everton”), Frensis Ceffers (“Arsenal”, “Everton”, “Çarlton”, “Blekbern”), Andrey Voronin (“Liverpul”), Mido (“Tottenhem”, “Uiqan”, “Vest Hem”), Roberto Soldado (“Tottenhem”), Alfonso Alveş (“Midlsbro”) və Radamel Falkao (“Mançester Yunayted”, “Çelsi”) qərarlaşıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest