Fransa millisinin sabiq üzvü Vissam Ben Yedder şərti qaydada həbs cəzası alıb.

Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat paylaşıb.

Cinsi təcavüzdə təqsirli bilinən futbolçu ümumilikdə 6,5 ​​min avro məbləğində təzminat ödəməklə şərti olaraq 2 il yarım cəzaya məhkum olunub. Bundan əlavə, Ben-Yedder polisin əmrinə tabe olmadığı üçün 6 ay sürücülük hüququndan məhrum edilib

Qeyd edək ki, fransız futbolçu 2023-cü ilin avqustunda zorlamada ittiham olunub. O, istirahət zamanı 21 yaşlı qıza qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest