13 Noyabr 2024, 11:29
FUTBOL
Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandeş təyyarədə huşunu itirən sərnişinə köməklik göstərib. Matc.az xəbər verir ki, hadisə Mançesterdən Lissabona gedən reysdə baş verib.
Suzanna Luso adlı sərnişin uçuş zamanı futbolçunun təyyarənin arxa hissəsindəki tualetə getdiyini və birdən kömək çağırışı eşitdiklərini bildirib. Luso səsi eşidən hər kəsin Fernandeşin huşunu itirən bir nəfəri qucağında tutduğunu gördüyünü deyib.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2020-ci ildən “Mançester Yunayted”in formasını geyinir.