Misli Premyer Liqasının XIII turunda “Sabah”la keçirilən oyun “Kəpəz”in hücumçusu Orxan Əliyev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, futbolçu “sarı-göylər”in heyətində 50-ci çempionat oyununa çıxıb.

28 yaşlı forvard bu qarşılaşmalarda 6 qol vurub. Əliyevin məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib.

Hücumçu daha əvvəl “Neftçi” ilə görüşdə dubla imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest