"Barselona" Robert Levandovskidən sonrakı dövr üçün axtardığı hücumçunu tapıb.

Matc.az xəbər verir ki, La Liqa nəhəngi "Portu"da çıxış edən Samu Omorodionu polşalı forvardın əvəzləyicisi kimi transfer siyahısına daxil edib. Bu barədə "El Nacional" məlumat yayıb.

"Barselona" mövsümün sonunda 20 yaşlı futbolçunu transfer etmək üçün klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Portu" Samu Omorodionu bu ilin yayında "Atletiko"dan transfer edib. İspaniya millisinin üzvü olan gənc hücumçu Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 12 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest