Londonun "Arsenal" klubu argentinalı hücumçu Xulian Alvaresin transferi üçün Madridin "Atletiko" klubu ilə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "El Chiringuito" nəşri paylaşıb.

Bildirilir ki, transfer haqqı 50 milyon avro təşkil edəcək. Müqaviləyə "topçular"ın isveçli hücumçusu Viktor Gyökereşin də daxil ediləcəyi və onun Madrid klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, 26 yaşlı Alvares ötən mövsüm bütün turnirlərdə 49 matça çıxaraq 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Madrid təmsilçisi ilə 2030-cu ilə qədər müqaviləsi olan futbolçunun "Transfermarkt" portalına görə dəyəri 100 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest