07 Dekabr 2024, 17:34
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
Azərbaycan II Liqasının təmsilçisi "Haypers Quba" cəzalandırılıb.
Matc.az PFL-in saytına istinadən xəbər verir ki, bu barədə qərar bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında verilib.
Turnirin 11-ci turunda keçirilən "Dinamo" – "Haypers Quba" matçının 80-ci dəqiqəsində qonaq komandanın heyətində adı matçın protokolunda olmayan 17 nömrəli futbolçu Nail Təhməzli oyuna daxil olub.
Bu səbəbdən "Haypers Quba"ya texniki məğlubiyyət verilib (hesab 4:1 saxlanılır) və 400 manat cərimə edilib.

            
 


_1762260863.jpg)







