Azərbaycan tarixində ilk dəfə "Prezident Kuboku" uğrunda tam məsafəyə marafon qaçışı keçiriləcək.

Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarış dekabrın 22-də Qubada təşkil olunacaq.

Ümumi yaş kateqoriyası ilə yanaşı, 40, 50 və 60-dan yuxarı yaş kateqoriyalarında da qaliblər müəyyənləşəcək.

Fərqlənənlərə pul mükafatı ilə yanaşı, sertifikat, medal və digər qiymətli hədiyyələr veriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest