"Çelsi" Bakıda keçiriləcək Avropa Liqasının final görüşünün biletlərini satışa çıxarıb. Londonlular 5801 ədəd bileti azarkeşlərə satacaq. Azarkeşlər "sadiqlik balları"na uyğun olaraq biletləri onlayn şəkildə 5 mərhələdə ala biləcəklər.

"çelsi" Bakıda keçiriləcək Avropa Liqasının final görüşünün biletlərini satışa çıxarıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, londonlular 5801 ədəd bileti azarkeşlərə satacaq.

Maraqlıdı ki, azarkeşlər "sadiqlik balları"na uyğun olaraq biletləri onlayn şəkildə 5 mərhələdə ala biləcəklər. İlk olaraq müvafiq olaraq 61, 56, 51 və 46 "sadiqlik balına" sahib olan fanatlar bilet ala biləcəklər. Yalnız bundan sonra qalan biletlər abunə kartına malik şəxslərə satılacaq.

Biletlərin hamısı bu 5 mərhələdə tükənməsə, qalanları mayın 23-da satışa çıxarılacaq. Qiymət isə 20-140 avro arası dəyişir.

Qeyd edək ki, "çelsi" mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında "Arsenal"la üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest