Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu Bakıda keçiriləcək Avropa Liqasının final oyununun könüllülərinə təbrik mesajı yollayıb. Matc.az saytı xəbər verir ki, veteran oyunçu final görüşü üçün yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstəricinin qeydə alınmasına görə bu addımı atıb.

Könüllülər Proqramına qoşulan iştirakçıları salamlayan Fiqu bu möhtəşəm tədbirin bir hissəsi olduqları üçün onlara təşəkkür edib: "Əminəm ki, Bakıda keçiriləcək unudulmaz final oyununa hazırsınız. Bizimlə birlikdə çalışacağınız bu futbol macərasında hər birinizə uğurlar arzulayıram".

Qeyd edək ki, dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllünün qeydiyyatdan keçməsilə UEFA Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest