Antuan Qrizmanın "Atletiko"dan gedəcəyi dəqiqləşib. Matc.az saytının məlumatına görə, bu barədə klub tviter hesabı vasitəsilə rəsmi açıqlama verib.

Bu gün rəhbərliklə və baş məşqçi Dieqo Simeone ilə görüşən fransalı hücumçu ayrılmaq qərarında olduğunu bildirib. ötən mövsüm Madrid təmsilçisi ilə 2023-cü ilə kimi müqavilə imzalamış forvardın sərbəst qalma haqqı 120 milyon avrodur.

Qrizmanla "Barselona" və PSJ ciddi maraqlanır. ötən mövsüm katalonlarla müqavilə astanasında olan oyunçu son anda klubunda qalmağı üstün tutmuşdu. İspaniya mətbuatının iddiasına görə, Qrizmanı "kiçik qardaşı" Lukas Ernandezin anlaşdığı "Bavariya" da heyətində görmək istəyir.

Qeyd edək ki, 2014-cü ildən "Atletiko"nun şərəfini qoruyan Qrizman meydana çıxdığı 175 oyunda 94 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest