İtaliya A seriyası klublarından “Cenoa” satışa çıxarılıb. Matc.az saytının məlumatına görə, klub prezidenti Enriko Presiozi bu barədə rəsmi açıqlama verib.

Bildirilib ki, satışla maliyyə firması məşğul olacaq.

Başa çatmaqda olan A seriyasının cari mövsümündə “Cenoa” hazırda 17-ci pillədə qərarlaşıb. Onu düşmə zonasından sadəcə 1 xal ayırıb.

Qeyd edək ki, Presiozi 2003-cü ildən “Cenoa”nın sahibidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest