Heyətində "təmizləmə işləri" aparan "Atletiko" digər tərəfdən transfer çalışmalarını da davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Madrid təmsilçisi artıq bir futbolçunu sıralarına cəlb edib.

Söhbət "Portu"nun mərkəz müdafiəçisi Felipedən gedir. "Atletiko" Braziliya yığmasının üzvünün keçidini artıq həll edib. Anlaşmaya əsasən, bu transfer portuqaliyalılara 20 milyon avro qazandırıb. 29 yaşlı oyunçu yaxın günlərdə yeni komandası ilə rəsmi sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, "Portu"nun digər mərkəz müdafiəçisi Eder Militao isə "Real"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest