İdman Nailiyyətləri Beynəlxalq İnstitutu (CİES) dünya ölkələrinin futbolçu ixracı ilə bağlı araşdırma aparıb. Matc.az-ın təşkilatın rəsmi saytına istinadən məlumatına görə, ən çox legioner oyunçusu olan ölkələrin siyahısı dərc olunub.

Cədvələ Braziliya başçılıq edir. 1330 "sambaçı" dünyanın müxtəlif ölkələrində çıxış edir. Fransa 867 legioneri ilə ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü isə karyerasını ölkə xaricində davam etdirən 820 futbolçu ilə Argentina qapayır.

Braziliyalılara ən çox ehtiyac duyan ölkə Portuqaliyadı. "Pentakampeonlar"ın 261 futbolçusunun Avropaya yolu məhz Portuqaliyadan keçib.

 

Ən çox legioneri olan 10 ölkə bunlardı:

1. Braziliya - 1330 futbolçu

2. Fransa - 867

3. Argentina - 820

4. Serbiya - 458

5. İngiltərə - 431

6. İspaniya - 427

7. Almaniya - 394

8. Kolumbiya - 382

9. Xorvatiya - 374

10. Nigeriya - 36

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest