"Keşlə" heyətində "təmizlik işləri"nə başlayıb. Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi Denis Silva ilə yollarını ayıran paytaxt təmsilçisi millimizin sabiq qapıçısı Kamran Ağayevlə də vidalaşmaq üzrədi.  Başa çatan mövsümdə heç cür "Keşlə"yə kömək edə bilməyən Ağayevin çıxışı komanda rəhbərliyini qane etmədi.  

Milli komandamızın keçmiş "çərçivə qoruyucusu" "heç vaxt oynamaram" dediyi "Neftçi" ilə anlaşmağa yaxındı.  Onun "Neftçi" ilə yeni müqavilə şərtlərində anlaşa bilməyən və bu səbəbdən "flaqman"ı tərk edəcəyi haqda söz-söhbətlər səngiməyən Səlahət Ağayevi əvəzləyəcəyi gündəmdədi. Səlahətin isə növbəti mövsümü avrokuboklarda oynayan klublarımızdan birində keçirməsi, eləcə də xaricdə oynayacağı istisna deyil.

Qeyd edək ki, "Xəzər Lənkəran"da çıxış edərkən cənubluların əzəli rəqibi "Neftçi"yə qarşı prinsipial mövqedə olan Kamran bu komandanın azarkeşləri və oyunçuları ilə həmişə gərgin münasibətdə olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest