11 Fevral 2025, 10:30
MPL
“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qoluna imza atıb. Matc.az xəbər verir ki, bu barədə məlumat Peşəkar Futbol Liqası tərəfindən yayılıb.
“Ağ-qaralar”ın yubiley qolunun müəllifi Emin Mahmudov olub. O, Misli Premyer Liqasının 22-ci turunun “Zirə” ilə matçında hesabı açıb.
Bu görüşdə 2:1 hesablı qalibiyyət əldə edən bakılılar rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qolu da vurublar.
Ölkə çempionatlarında səfərdə ən çox qol vuran komanda isə “Qarabağ”dı. Ağdam klubunun aktivində 660 səfər qolu var.