Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
Bu gün Yüksək Liqada X turun bir oyunu Gəncədə, iki oyunu isə Bakıda baş tutub.
Matc.az xəbər verir ki, ilk olaraq Gəncə İdman Sarayında "AZERRAIL" "Gəncə" klubunun qonağı olub. Gərgin keçən qarşılaşmada ev sahibi 3:0 hesabı ilə qələbə qazanıb. Bu qarşılaşmanı gənclər və idman naziri Fərid Qayıbov da izləyib.
Turun digər oyunları isə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Burada "Abşeron" – "Murov Az Terminal"la, "Milli Aviasiya Akademiyası" isə UNEC-lə üz-üzə gəlib. Bu qarşılaşmalarda da qalib 3 setdə müəyyən olunub. Famil Ağayevin yetirmələri "Murov Az Terminal"ı, "Milli Aviasiya Akademiyası" isə UNEC-i 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 14-15 fevral tarixlərində keçiriləcək.
Yüksək Liqa
11 fevral
X tur
"Gəncə" – "AZERRAIL" - 3:0 (25:23, 25:18, 25:18)
"Abşeron" – "Murov Az Terminal" - 3:0 (25:15, 25:17, 25:22)
"Milli Aviasiya Akademiyası" – UNEC - 3:0 (25:16, 25:8, 25:6)









