Azərbaycan Voleybol Federasiyası (AVF) qəribə addımla hər kəsi təəccübləndirib. Matc.az saytının məlumatına görə, "sağ göstərib, sol vuran" qurum bir ay ərzində iki baş məşqçi təqdim edib.

çox gec yox, aprelin 17-də Faiq Qarayev yenidən bu posta təyin olunmuşdu. O Qarayev ki, 6 ay əvvəl Yaponiyada keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra səhhəti ilə bağlı məşqçilik karyerasını başa vurmuşdu.

Hətta yığmamızın Avropa Liqasında iştirakı üçün göndərilən sifariş ərizəsinə də Qarayevin adı daxil edilmişdi. Lakin Qarayevin təyinatının düz bir ayının tamımında - bu gün məlum olub ki, komandamızı qarşıdakı yarışa Covanni Kaprara aparacaq. 2006-cı ildə Rusiya yığmasına dünya çempionluğunu qazandıran Kaprara yenidən yığma məşqçisi kimi çalışacaq. İtaliyalıya ölkəmizdə köməkçisi Marçello Sarvellono kömək edəcək.

Qeyd edək ki, Faiq Qarayev Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti vəzifəsini icra edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest