"Arsenal"a transfer mənim üçün bir çağırış idi". Matc.az saytının məlumatına görə, bunu "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq deyib.

ötən ilin yanvarında Dortmund "Borussiya"sından "topçular"a keçən ulduz futbolçu Premyer Liqa klubu ilə bağlı hədəflərindən söz açıb. Qabon millisinin üzvü Britaniya mətbuatına açıqlamasında "kanonirlər"in tarixinə düşmək istədiyini bildirib.

Bu mövsüm çempionatda meydana çıxdığı 36 oyunda 22 qola imza atan Obameyanq Avropa Liqasının Bakıda keçiriləcək final matçını özü üçün başlanğıc hesab edir: "Bu komandanın əfsanəsi olmaq istəyirəm. Bu yolda Avropa Liqasının finalını karyeramın bu mərhələsi üçün yeni başlanğıc sayıram. "Arsenal"ın heyətində ilk titulumu Bakıda qazanmaq istəyirəm və bunun üçün bütün gücümlə mübarizə aparacam".

30 yaşlı forvard hücum tandemi olan Aleksandr Lyakazett barədə də müsbət fikirlər səsləndirib: "Lyakazettlə əla cütlük təşkil edirik, həm meydanda, həm də ondan kənarda əlaqələrimiz çox yaxşıdı. Bir-birimizlə çox zarafatlaşırıq və düşüncə tərzimiz eynidi. Meydanda bir-birimizi problemsiz tapırıq".

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. "Arsenal" həlledici qarşılaşmada "çelsi" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest