UEFA Avropa Liqası turnirinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, BOS-un tribunalarında öz yerini alacaq və televiziya ekranları qarşısında mərasimi izləyəcək tamaşaçıların zövqünü öz mahnıları ilə ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu oxşamağa çalışacaq.

Treysi çapmanın "Fast car" kompozisiyasına hazırladığı remikslə qlobal populyarlıq qazanan Conas Blunun mahnıları o vaxtdan etibarən qlobal audio yayım (striminq) xidmətlərində 7.5 milyard dəfə dinlənilib, sinql satışı isə 40 milyona çatıb. O, 5 dəfə BRIT Mükafatı üçün irəli sürülüb, 4 dəfə Birləşmiş Krallıqda ən çox satılan 5 sinql arasına girib və dünyanın müxtəlif ölkələrində 120 dəfə "platinum" statusu qazanıb.

Tereza Reksin də iştirak etdiyi, son dərəcə uğurlu sonuncu "What I Like About You’ sinqlinin ərsəyə gəlməsi ilə Conas Blunun karyera yüksəlişi davam edib və karyerasında daha bir yeni səhifə açılıb. İndi isə o, Bakıdakı peformansına hazırlaşır!

Jack & Jack qrupunun da yer aldığı enerjili "Rise" parçası 2018-ci ilin yayının ən böyük qlobal hitlərindən olan Conas payız mövsümünü də "Polaroid" treki ilə fəth edib. "Polaroid" Conasın şayiələrə görə uzun müddətdi ki, birgə işlədiyi Liam Peyn və Neşvilldən olan aktrisa Lennon Stella ilə birlikdə ərsəyə gətirilib. Qeyd edilən iki hitin uğur qazandığı dövr arasında Conasın reytinq cədvəllərinə başçılıq edən super-ulduz Beki Hill və Detroytun haus janrı üzrə əfsanəvi DJ-i MK ilə uğurlu işbirliyi nəticəsində "Back & Forth" adlı mahnı işıq üzü görüb.

Bunun ardınca Conas 2018-ci ilin noyabr ayında öz debüt albomu olan "Blue" albomunu çıxarıb. 15 trekdən ibarət albomda populyarlığı sürətlə artan müğənni Nina Nesbitt, platin satış rekordu vuran kanadalı sənətçi Cessi Reyez, geniş profilli müğənni-bəstəkar Zak Abel, Şarlotta Ou Si və Qremmi mükafatı laureatı Puerto-Riko əsilli reper Cey Kortez ilə çalışmalar da yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest