“Qəbələ” Azərbaycan kubokunu doğma şəhərində azarkeşlərinə təqdim edəcək. Matc.az saytının məlumatına görə, mayın 19-da Naxçıvanda qazanılan mükafat Qəbələyə əlamətdar gündə aparılacaq.

Klubun əldə etdiyi ilk kubok 28 may – Respublika günündə azarkeşlərə təqdim olunacaq. Bununla əlaqədar Qəbələ şəhər stadionunda bayram tədbiri təşkil ediləcək. Tədbir saat 19:00-da başlanacaq.

Qeyd edək ki, “Qəbələ” Azərbaycan Kubokunun finalında “Sumqayıt”ı məğlubiyyətə uğradıb - 1:0.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest