03 May 2025, 13:21
FUTBOL
23 qolla Niderland çempionatının bombardiri olan "Tvente"nin yarımmüdafiəçisi Sem Steyn "Feyenoord"a keçib.
Matc.az xəbər verir ki, bu barədə Rotterdam klubunun rəsmi saytı məlumat yayıb.
Transfer məbləği 10 milyon avro olub. Müqavilə 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, bu mövsüm 23 yaşlı niderlandlı hücumameyilli yarımmüdafiəçi bütün turnirlərdə 42 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib.