Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən, Mustafa Sek isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

"Neftçi" Misli Premyer Liqasının 33-cü turunda qarşılaşacağı "Kəpəz" ilə oyunun hazırlığını başa vurub.

Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin üzvləri bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

"Ağ-qaralar"ın futbolçuları – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən, Mustafa Sek isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

Qeyd edək ki, mayın 4-də "Neftçi Arena"da keçiriləcək "Neftçi" – "Kəpəz" oyunu saat 20:00-da başlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest