03 May 2025, 23:15
FUTBOL
"Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Kristofer Nkunku bu yay klubu tərk etmək istədiyini bildirib.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında məlumat verib.
27 yaşlı futbolçunun niyyətinin qəti olduğu və ona yenidən baxılmayacağı bildirilir. Onun London klubu ilə müqaviləsi 2029-cu ildə başa çatır. Danışıqlar davam edir.
Qeyd edək ki, fransız futbolçu cari mövsüm Premyer Liqada 27 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. O, həmçinin Konfrans Liqasında 11 oyun, 7 qol və 3 məhsuldar ötürmə, İngiltərə Kubokunda isə 2 oyunda bir qol ilə yadda qalıb.