"Bavariya"nın hücumçusu Tomas Müller Almaniya Bundesliqasının 32-ci turunda "Leypsiq"lə oyunun (3:3) nəticəsini şərh edib.

Matc.az xəbər verir ki, qarşılaşmada münhenlilər qalib gəlsəydilər, çempionluq titulunu təmin edəcəkdilər, lakin ikinci hissəyə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində bu fürsəti əldən veriblər.

"İdman əyləncəlidir, bunu deyə bilərəm. Hazırda rəqibin sonda vurduğu qola görə hisslər qarışıqdır. Özümü artıq çempion kimi hiss edirəm, baxmayaraq ki, formal olaraq hələ heç nə qazanmamışıq", - deyə Müller açıqlama verib.

Qeyd edək ki, 32 turdan sonra "Bavariya" 76 xalla turnir cədvəlinin lideridir. Ən yaxın izləyicisi "Bayer"in isə (31 tur) aktivində 67 xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest