03 May 2025, 13:46
FUTBOL
"Barselona"nın sabiq baş məşqçisi Xavi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport" paylaşıb.
Bildirilir ki, 45 yaşlı mütəxəssis baş məşqçi Xorxe Jesusla müqaviləyə xitam verən "Əl-Hilal"ın əsas siyahısında yer alıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında "Əl-Hilal" lider "Əl-İttihad"dan 6 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.